Bakıda V Beynəlxalq Teatr Konfransı işə başlayıb (FOTO)


Digərləri 05 Noy 2018 12:38:13 224 0

Bakıda V Beynəlxalq Teatr Konfransı işə başlayıb (FOTO)

Bu gün Bakıda V Beynəlxalq Teatr Konfransı işə başlayıb

Bakı. Bu gün Bakıda V Beynəlxalq Teatr Konfransı işə başlayıb. Trend-in məlumatıan görə, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış olublar. Açılış mərasimi səhnədə quraşdırılan monitorda Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterialın nümayişi ilə başlayıb. Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanlar səhnədə çıxış ediblər. Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Konfransın açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə iki ildən bir gerçəkləşən konfransın əhəmiyyətindən danışıb.