“Qonşu ölkələrdə məzənnənin düşübqalxması iqtisadiyyatımıza təsir edir”


Digərləri 05 Noy 2018 12:28:00 214 0

“Qonşu ölkələrdə məzənnənin düşübqalxması iqtisadiyyatımıza təsir edir”

Bu gün Milli  Məclisin beş komitəsinin iştirakı ilə "2019- cu ilin dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son 15 illikdə Azərbaycan iqtisadiyyatının inkişafı  kifayət qədər möhtəşəm rəqəmlərlə ifadə olunur: "Qlobal risklərə baxmayaraq  Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir. Bilirsiniz ki, 2018- ci ildə vergi sistemində çox mütərəqqi addımlar atılmışdır. Bu addımlar sonrakı dövrdə də öz bəhrəsini göstərəcək. Büdcə sistemində şəffaflığın təmin olunması, kölgə isqtisadiyyatının azalması gələn ilki büdcənin əsas parametrlərindən biridir. İlk dəfə olaraq büdcə sisteminin tərtibində yeni meyarlar tətbiq olunub. Bu bizi gələcəkdə qlobal risklərdən qorumağa xidmət edəcək".

Maliyyə naziri Samir Şərifov bildirib ki, dünya əmtəə bazarlarında neftin qiymətinin sabitləşməsi  baş verib: "Ancaq region ölkələrində baş verən iqtisadi təlatümlərin bizim iqtisadiyyata təsiri nəzərdən qaçılmamalıdır. Qonşu ölkələrdə məzənnənin düşüb qalxması bizim iqtisadiyyata təsir edir.