Göyçayda XIII Nar festivalında: Ən böyük nar 1 kq-dan çoxdur (FOTO)


Digərləri 05 Noy 2018 11:06:22 229 0

Göyçayda XIII Nar festivalında: Ən böyük nar 1 kq-dan çoxdur (FOTO)

Göyçayda XIII Nar festivalı keçirilir.

Bakı. Göyçayda XIII Nar festivalı keçirilir. Trend-in məlumatına görə, Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın açılışında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları iştirak edib. Festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxır, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edirlər.