Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür


Digərləri 05 Noy 2018 11:09:21 217 0

Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür

Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür.

Bakı. Elçin Mehdiyev – Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür. Trend-in məlumatına görə, bunu jurnalistlərə Fələstinin xarici işlər naziri Riad Maliki deyib. Nazir bildirib ki, Fələstin beynəlxalq qanunlara əməl olunmasının tərəfdarıdır: “Biz hesab edirik ki, beynəlxalq ictimaiyyətdən tam dəstək almağın ən yaxşı yolu beynəlxalq qanunlara əməl olunmasıdır və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsidir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin