Tovuzda kişi qatarın altında qaldı FOTO


Digərləri 05 Noy 2018 10:23:00 270 0

Tovuzda kişi qatarın altında qaldı  FOTO

Tovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə dəmiryol xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


Xəbərə aid fotolar