“Muğanbank”dan YENİLİK: “Monexcard” layihəsinə start verdi


Digərləri 05 Noy 2018 10:00:00 303 0

“Muğanbank”dan YENİLİK: “Monexcard” layihəsinə start verdi

"Muğanbank" ASC Mastercard qlobal ödəniş texnologiyaları provayderi ilə birlikdə "Monexcard" layihəsinə start verdi.

"Muğanbank" ASC müştərilərin rahatçılığı və yeni müştərilərin cəlb edilməsi məqsədi ilə yeni məhsulları təqdim etməkdə davam edir.  

"Monex" təcili pul köçürmə sistemi ilə köçürmələr həyata keçirən müştərilərinə nağd pulun çıxarılmasına görə xidmət haqqı tutulmayan və heç bir ödəniş tələb etmədən Mastercard "Monexcard" plastik kartını təklif edir.

Mastercard "Monexcard" layihəsi Mastercard qlobal ödəniş texnologiyaları provayderi ilə birgə həyata keçirilir. "Monex" təcili pul köçürmə sisteminin ilkin və təkrar müştəriləri Mastercard "Monexcard"-ı  "Muğanbank" ASC-nin filial və şöbələrindən ödənişsiz əldə edə bilərlər.

Ölkədaxili 500-dən çox  "Monex" məntəqələrindən "Monexcard"-a mədaxil etmək imkanı var. "Monexcard"-a mədaxil olunan vəsait "Muğanbank" ASC-nin bankomatlarından 7/24 komissiyasız nağdlaşdırıla bilər. Ələvə olaraq "Monexcard"-a mədaxil olunan vəsait bütün qeyri-nağd əməliyyatlarda istifadə oluna bilər.