ABŞ səfirliyi “WoWoman in Me” liderlik və mentorluq proqramını maliyyələşdirir (FOTO)


Digərləri 05 Noy 2018 09:44:00 293 0

ABŞ səfirliyi “WoWoman in Me” liderlik və mentorluq proqramını maliyyələşdirir (FOTO)

Noyabrın 3-də "WoWoman" Azərbaycan qadınların inkişaf platformasının ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “WoWoman in Me - 2” 5 həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış mərasimi baş tutub.

Bakı. Noyabrın 3-də "WoWoman" Azərbaycan qadınların inkişaf platformasının ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “WoWoman in Me - 2” 5 həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış mərasimi baş tutub. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, “WoWoman in Me - 2” proqramının məqsədi xanımlara öz xəyallarını müəyyən etmək və onları həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdır. Bu proqram çərçivəsində "WoWoman" Azərbaycan platforması 50 xanıma liderlik keyfiyyətlərini öyrədib və onları fərdi və peşəkar məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürüb. Bu il proqramda iştirak üçün 40 xanım Bakıdan, 10 xanım regionlardan seçilib. Platformanın təsisçisi Zara Hüseynova: “Biz bu proqramı Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu (MIT) da daxil olmaqla, TED konfranslar, tədbirlər və təlimlərdə öyrədilən təcrübəyə əsaslanaraq təşkil etdik. Bu bizim bu günə qədər həyata keçirdiyimiz ən böyük layihəmizdir və iştirakçıların müsbət rəyləri bizi hədsiz ruhlandırır."