Bakıda piyadanı öldürən sürücü məhkəmə önündə


Digərləri 05 Noy 2018 09:25:00 243 0

Bakıda piyadanı öldürən sürücü məhkəmə önündə

Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Oktay Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, bu il hadisə Bakının Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

Belə ki, O.Qurbanov idarə etdiyi "Tayota" markalı avtomobillə metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman qəfil qarşısında piyada - Rahim Novruzov çıxıb. Nəticədə O.Qurbanov piyadanı vurub.

Zərbənin təsirindən bir neçə metr hündürlüyə qalxan piyada dəmir arakəsmənin sütununa dəyərək əks yola düşüb. Yaralı xəstəxanaya çatdırlıb. Lakin həkimlərin səyinə baxmayaraq piyada, Lerik rayon sakini R.Novruzovun həyatını xilas etmək mümkün olmayıb.