Misirdə ictimai yerlərdə niqabın qadağan edilməsi təklif olunur


Dünya 05 Noy 2018 08:07:00 206 0

Misirdə ictimai yerlərdə niqabın qadağan edilməsi təklif olunur

Misir parlamentinin deputatı Heda Aqami ölkə ərazisindəki ictimai yerlərdə insanların üz nahiyəsini tamamilə bağlayan baş geyiminin - niqabın geyinilməsinin qadağan olunmasını təklif edib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə "Egypt Independent nəşri" "facebook" səhifəsində bildirib.

Deputatın sözlərinə görə, bir çox sahələrdə, o cümlədən təhlükəsizlik sferasındakı problemlər bu atributla bağlıdır. Aqami Əlcəzair təcrübəsinə istinad edib. Həmin ölkədə analoji qadağa bir ay əvvəl tətbiq olunub.

Deputat qadağanı pozanların 1000 Misir funtu (56 dollar) məbləğində cərimə olunmasını təklif edib. Qanun layihəsinə görə, xəstəxanalar, təhsil müəssisələri, kinoteatrlar, kitabxanalar, muzeylər, hökumət binaları, aeroportlar, ictimai nəqliyyat və uşaq bağçaları ictimai yerlər hesab edilir.