Misirdə 19 terrorçu məhv edilib


Dünya 05 Noy 2018 07:14:00 229 0

Misirdə 19 terrorçu məhv edilib

Misirin hüquq-mühafizə orqanlarının əməkdaşları noyabrın 2-si xristiyanların olduğu avtobusa edilən hücumla bağlılığı olan 19 terrorçunu məhv edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verir.

Məlumata əsasən, polislər ekstremistlərin gizləndiyi yerə silahlı basqın edib. Baş verən atışma nəticəsində bütün terrorçular məhv edilib.