Pompeo Kim Yon Çxol ilə görüşməyi planlaşdırır


Dünya 04 Noy 2018 23:52:00 292 0

Pompeo Kim Yon Çxol ilə görüşməyi planlaşdırır

ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxol ilə Nyu-Yorkda görüşəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi "Fox News" telekanalına müsahibəsi zamanı bildirib.

M.Pompeo deyib: "Mən gələn həftə Nyu-Yorkda həmkarım Kim Yon Çxol ilə görüşəcəyəm. Bizim bir neçə ay əvvəl denuklearizasiya mövzusunda başlamış müzakirələri davam etdirmək üçün yaxşı imkanımız olacaq".