İngiltərə Premyer Liqası: "Mançester Siti" "Saunthemptonu" darmadağın etdi, "Çelsi" ikinci pilləyə yüksəldi


Digərləri 04 Noy 2018 23:57:42 285 0

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Saunthemptonu" darmadağın etdi, "Çelsi" ikinci pilləyə yüksəldi

Bu gün İngiltərə Premyer Liqasının 11-ci turunun növbəti oyunları keçirilib

Bakı. Bu gün İngiltərə Premyer Liqasının 11-ci turunun növbəti oyunları keçirilib. Trend-in məlumatına görə, turnir cədvəlin liderlik edən "Mançester Siti" "Saunthempton"u qəbul edib. Oyun ev sahibinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: V.Xudt (6-cı dəqiqə, avtoqol), S.Aquero (12-ci dəqiqə), D.Silva (18-ci dəqiqə), D.İnqs (30-cu dəqiqə, penalti), R.Sterlinq (45+2 və 67-ci dəqiqələr), L.Sane (90+1-ci dəqiqə). "Mançester Siti" 29 xalla turnir cədvəlində liderliyini davam etdirir.