Cəlilabad sakini yol qəzası nəticəsində xəsarət alıb


Digərləri 04 Noy 2018 23:21:00 287 0

Cəlilabad sakini yol qəzası nəticəsində xəsarət alıb

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub.

Son.az "report"-a istinadən bildirir ki, rayonun Ocaqlı kənd sakini, 1973-cü il təvəllüdlü Xəlilov Əli Xıdıroğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralı avtoqəza nəticəsində xəsarət alsa da, hadisənin hansı şəraitdə baş verməsini xatırlamayıb. Ehtimal edilir ki, o, avtomobil tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.