Bakıda ruhların toplaşdığı, məşhuru qorxuya salan mistik məkan və imperatriçanın... VİDEO FOTO


Digərləri 04 Noy 2018 23:03:00 338 0

Bakıda ruhların toplaşdığı, məşhuru qorxuya salan mistik məkan və imperatriçanın...  VİDEO  FOTO

Son.az bildirir ki, publika.az-ın "Kolleksioner" layihəsinin qonağı "Xəzər" Bədii-Etnoqrafik Muzey-Qalereyasının yaradıcısı Siyavuş Əlizadədir.

- Siyavuş, kolleksiya toplamağa nə vaxtdan başlamısan?

- Bu sualı mənə həmişə verəndə, filmdəki kimi zarafat edirəm ki, 8-ci sinifdən... Amma həqiqətən 8-ci sinifdən başlamışam. İndiki kimi yadımdadır, 12 yaşım vardı, qış ayları idi. Nənəmin də bir düymə qabı vardı. O qabın içərisində çoxlu pullar olardı. Əksəriyyəti də 19-cu əsrə aid idi. Hər dəfə o düymə qabını açıb pullara baxırdım. Numizmatikaya marağım da oradan yarandı. Bir müddət sonra atam mənə 17 dənə marka hədiyyə elədi. O markalar qeyri-adi heç bir özəlliyə malik deyildi. Sovet dövründə kütləvi tirajla buraxılan adi nüsxələr idi. Həmin 17 markanın sayını 5000-dək artırdım. Hətta sizə maraqlı bir hadisə danışım. Çingiz Mehbalıyev adlı yaxın dostum var. Həm hüquqşünasdır, həm də rəssam. 25 yaşım tamam olanda o, mənim portretimi çəkdi. O portret Macarıstanda poçt markasının kupon hissəsində çıxdı.

- Çox maraqlı məlumatdır...

- Həm də ona görə maraqlı idi ki, sağ olan insanın portreti başqa ölkənin poçt markalarına həkk olunurdu. Bu, mənim üçün də çox böyük hədiyyə idi. Elə həmin marka kolleksiyamı bəzəyəndən sonra bu sahəyə bir az fasilə vermək qərarına gəldim. Amma eşidənlər-bilənlər mütləq hədiyyə edirlər.

- Bu mövzuya toxunmaq istəyirdim, kolleksiyanı zənginləşdirmək üçün çox xərcin çıxır?

- Ətrafımda olan dost-tanışlar sağ olsunlar. Çox vaxt öz kolleksiyaları ilə yanaşı, dünyadan köçən doğmalarının kolleksiyasını gətirib mənə verirlər. Çünki bilirlər ki, onu böyük sevgi ilə qoruyacam. Həmçinin özlərinin buna nə maraqları nə də vaxtları olur. O hədiyyələrin içərisində elələri olur ki, kobud səslənsə də kolleksiya üçün yararlı deyil. Amma mən yenə də hər birinə eyni qayğı ilə yanaşıram. Çünki hədiyyənin böyüyü kiçiyi olmur.

- Siyavuş, bu məkanda muzey ab-havası yaratmısan...

- Uşaqlıqdan muzeylərə gedəndə, bələdçilərdən yalnız bir söz eşitmişik:

- Əllə toxunmaq olmaz.

Axı mən onlara əl vurmaq, hiss etmək istəyirəm. Sadəcə baxmaqdırsa, bunu televizordan da izləyə bilərəm. Düşündüm ki, öz muzeyimi quracağam. Müxtəlif mövzularda olan eksponatlar toplamağa başladım. Buraya mis qablar, etnoqrafik materiallar, orden, əlyazmalar, medallar da daxildir.

- Ən gənc kolleksiyan hansıdır?

- Rəsm əsərlərindən ibarət kolleksiyamın 9 yaşı var. Kolleksiyamda artıq 700-ə qədər əsər var. Əsasən qrafik rəsmlər, eskiz və etüdlər toplayıram. Məncə, rəssamın düşüncələri, ruhu eskizə hopur. Bu gün kolleksiyamda dünyanın, eləcə də Azərbaycanın ən böyük muzeylərini bəzəyən 20 rəsm əsərinin eskizi toplanıb. Bu siyahıya Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Zakir Hüseynov və digər görkəmli sənətkarların adları daxildir. Hətta bir maraqlı məqama toxunum: adını çəkmək istəmədiyim bir qocaman rəssam var. Bir müddət əvvəl mənə bir neçə sadə işlərini bağışlamışdı. Həmin əsəri gətirib çərçivələdim. Çünki o, rəssamın fırçasından çıxan bütün əl işlərini möhtəşəm əsər sayıram. Bir gün o, təsadüfən eskizləri necə səliqə ilə qoruduğumu gördü, dedi, bunları yığışdır, mən sənə başqa əsərlərimdən bağışlayacağam. Emalatxanasına getdim, iki böyük əsərini mənə hədiyyə etdi. Mən rəssamların əsərlərini təkcə qorumuram, həm də təbliğatını aparıram. Bu fakt onların sənət ruhunu da məmnun edir.

- Səni digər kolleksiyaçılardan fərqləndirən cəhət varmı?

- Ümumiyyətlə, kolleksiyaçının xəzinəsi onun sərvətidir. Mənsə kolleksiyamı nümayiş üçün toplayıram. Dəfələrlə şahidi olmuşam ki, nüfuzlu kolleksionerlər dünyasını dəyişəndə, övladları həmin sərvəti dəyər-dəyməzinə satıblar. Bu, çox kədərli hadisəni sadəcə kənardan müşahidə etmişəm. Çünki o eksponatları almağa maddi durumum imkan verməyib. Göz görə-görə bu cür sərvətin əldən çıxmağına çox üzülmüşəm. Ona görə kolleksiyamı muzey şəklində qorumağa qərar vermişəm. Bu gün əminliklə əyləşdiyimiz məkana mənim muzeyim deyirəm. Bir neçə yaxın dostumun zəhmətini də itirə bilmərəm. Həmçinin muzeyim üçün əlindən gələni əsirgəməyən "SOCAR"-ın vitse-prezidenti Mikayıl İsmayılovun da əməyi böyükdür. Millət vəkili Rauf Əliyevin də böyük dəstəyini hər zaman hiss etmişəm.

- Əyləşdiyimiz bu məkan müvəqqətidir...


Xəbərə aid fotolar