Pompeo ABŞın İrana qarşı tətbiq edəcəyi sanksiyalardan danışıb


Dünya 04 Noy 2018 22:53:00 246 0

Pompeo ABŞın İrana qarşı tətbiq edəcəyi sanksiyalardan danışıb

ABŞ-ın dövlət katibi Mayk Pompeo "Fox News" telekanalına müsahibəsində Birləşmiş Ştatların İrana qarşı sanksiyalarından danışıb.

Son.az "report"-a istinadən xəbər verir ki, ABŞ rəsmisi sanksiyaların 600-dən çox şirkətə və fiziki şəxsə qarşı tətbiq olunacağını bildirib.

"Maliyyə Nazirliyinin Departamenti sanksiyalar siyahısına İranın 600-dən çox ayrı fiziki şəxsini və şirkətini daxil edəcək. Onlar İran rejiminin davranışına təsir etməli olacaqlar. Bu, bizim ümidlərimizdir. Bu, prezident Tramp tərəfindən keçirilən siyasətin səbəbidir", - deyə Pompeo vurğulayıb.

Pompeo daha əvvəl ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin qeyd etdiyi rəqəmdən aşağı rəqəm açıqlayıb. S.Mnuçin sanksiya siyahısına İranın 700-dən çox fiziki və hüquqi şəxsin salınacağını bildirib. Onlardan bəzilərinin adları ABŞ-ın əvvəlki sanksiyalar siyahısında olmayıb.