Qubada kənd evində dincəlmək üçün nə qədər xərcləmək lazımdır? Araşdırma FOTO


Digərləri 04 Noy 2018 22:58:00 377 0

Qubada kənd evində dincəlmək üçün nə qədər xərcləmək lazımdır?  Araşdırma  FOTO

Son illər Qubaya gələn turistlər arasında kənd turizminə üstünlük verənlərin sayı artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, turistlər daha çox Quba-Xınalıq və Quba-Afurca turizm marşrutu üzrə səyahət edirlər.

Populyarlığına görə ikinci olan Quba-Afurca marşrutunu qonaqlar üçün cəlbedici edən Səbətlər, Təngəaltı, Afurca kimi dağ kəndlərinin füsunkar təbiəti və Qubanın təbiət gözəli - Afurca şəlaləsidir. Regiona gələn turistlərin əksəriyyəti Təngəaltıda hündürlüyü 75 metrə çatan və qayalardan axıb tökülən möcüzəli Afurca şəlaləsinə böyük maraq göstərirlər.

Kəndlərə gələn turistlərin sayının çoxalması yerli əhalinin qazanc əldə etmək imkanlarını da artırır. Bu kəndlərdə evlərini turistlərə kirayə verən xeyli sayda sakin var.

Təngəaltı kəndində turistlər üçün nəzərdə tutulan xüsusi həyət evində bir gün qalmaq üçün 40 manat ödəmək lazımdır. Daha geniş və ikimərtəbəli həyət evləri isə 100 manata təklif olunur. Bu cür evlər sürətli internetlə də təmin olunub. Belə evlərdə otellərə uyğun şərait yaradılır.

Kəndlərdə turistlərə öz avtomobili ilə bələdçilik edən sakinlər də var. Məsələn, 20 manat ödəməklə kənddən Afurca şəlaləsinə ətraf ərazi haqqında maraqlı məlumatlara sahib yerli bələdçi ilə səyahət etmək olar.