Qadınların 5 MÖHTƏŞƏM SİRRİ


Digərləri 04 Noy 2018 22:31:00 275 0

Qadınların 5 MÖHTƏŞƏM SİRRİ

Keçmişdə insanlar qadın və kişinin vəzifələrini yaxşı bilir və buna görə də təbiətin qanunauyğunluğuna əsasən bütöv bir nəsil yetişdirməyə çalışırdı. Qadının rolu böyük idi - o, dünyada sevgi və tarazlıq mənbəyi sayılırdı. Odur ki, qadın üçün ürəyinin saflığını, doğuşdan gələn həssaslığını və yardımsevərliyini qorumaq vacib idi. Təəssüf ki, bu məqamlar müasir dünyanın xaosunda öz əhəmiyyətini bir qədər itirib.

Son.az bu yazıda oxucuları qadın gücünün 5 unudulmuş sirri ilə tanış edir.

1-ci sirr - Qadın şərəfi

Ailədə qız doğulanda insanlar inanırdılar ki, o, özü ilə birlikdə evə sevgi və sevinc gətirib. Qızı ruhun təcəssümü, oğlanı isə ruhun əksi hesab edirdilər. Yəqin ki, buna görə də qadın təbiəti əvvəlcə özünü daha ahəngdar göstərir: Qızlar həmişə itaətkar, çalışqan və kişilərdən daha əzmkardır. Onlar həmişə ətrafda gözəllik yaratmağa can atır və başqalarına qarşı daha qayğıkeşdir. Tərbiyənin əsas vəzifəsi onun saflığını və sağlamlığını qorumaq idi. Əcdadlarımız inanırdılar ki, qadının məhz şərəf və ləyaqəti onun üçün amulet (qoruyucu) rolunu oynayır və bütün nəslinin qoruyucusu hesab olunur. Qızlara əl qaldırmaq və ya səsini ucaltmaq yasaq idi. Qadın keyfiyyətlərinin inkişafını gücləndirmək üçün onları uşaqlıqda ağır cəzalar tətbiq etmədən mülayim şəkildə tərbiyə edirdilər.

2-ci sirr - Psixi enerjinin gücü

Əgər kişi fiziki cəhətdən güclüdürsə, qadın da psixoloji üstünlüyə malikdir. Hətta Vedalar da qadın fikrinin gücünü kişinin real hərəkətlərinə bərabər tuturlar. Zərif cinsin nümayəndələrinin söz, dua və istəkləri özündə gözəl böyük enerji ehtiyatı daşıyır, hansı ki, onlar dünyaya ciddi təsir göstərə bilər. Bəlkə də buna görədir ki, orta əsrlərdə cadugərlərin və onların lənətlərindən belə qorxurdular? Qadın fikri elə bir gücə malik idi ki, o kişini həm ucaltmağa, həm də onun potensialını öldürməyə qadirdir. Dolayısı ilə "Hər uğurlu kişinin arxasında güclü bir qadın dayanır" populyar ifadəsi buradan qaynaqlanır. Qadın ya kişiyə inanır və onu öz enerjisi ilə qidalandırır, ya da ərinin nüfuzunu şübhə altında qoyur və ona ölüm hökmü çıxarır.

3-cü sirr - İşıq saçan gözəllik

Qadın gözəlliyi bütün dövrlərdə xüsusi əhəmiyyətə malik olub. İstənilən bir əfsanədə qadın gözəlliyi bu kimi sözlərlə təsvir olunub: gözlərin xüsusi parıltısı, üzün parlaqlığı və nurlu təbəssümlə ifadə edilən qeyri-adi dərəcədə parlaq gözəllik.

Qızın hansı zahiri göstəricilərə malik olması vacib deyildi, əcdadlarımız inanırdılar ki, əgər o, mənən böyüyür və məhəbbət atəşini özündə saxlayırsa, deməli, o, sülhə xidmət edir, o, daxili harmoniyanın və gücünün bir təzahürü kimi bütün dünyaya xüsusi işıq və nur saçacaq. Nə yazıq ki, bu gün qadınlar ifrata varmaq üzrədir: Gözəlliyin əhəmiyyətindən daxili mahiyyətin lehinə imtina edirlər. Amma əsl qadın gücü onların hər ikisinin tarazlaşdırılmış vəhdəti nəticəsində üzə çıxır.