Aldım bir dənə, açdım min dənə NARIN FAYDALARI və ZİYANI


Digərləri 04 Noy 2018 22:12:00 281 0

Aldım bir dənə, açdım min dənə  NARIN FAYDALARI və ZİYANI

Qızıl payız Azərbaycana qədəmlərini qoydu. Bu fəsil müxtəlif meyvələrlə bol fəsildir.

Son.az "ölkə.az"-a istinadən narın faydaları və ziyanı haqqında məlumat verəcək.

Narın tərkibində müxtəlif vitaminlər, minerallar, mikro elementlər var. C, P, B6 və B12 vitaminləri ilə narın tərkibi zəngindir. 

C vitamini immun sistemini möhkəmləndirir.

P vitamini isə qan damarlarına müsbət  təsir edir.

B6 vitamini sinir sistemini möhkəmləndirir.

B12 vitamini isə qan dövranını yaxşılaşdırır.

Bundan başqa narın tərkibində zülallar, tanin maddəsi və turşular var. Aşılayıcı maddələr vərəm, dizenteriya və bağırsaq çöplərinə qarşı yaxşıdır. Tanin maddəsi ishala qarşı əla vasitədir.

Nar qan damarlarının divarlarını, sinir sistemi və qan dövranını yaxşılaşdırır. Həkimlər yaşlı və əməliyyat keçirən insanlara bu meyvəni məsləhət görürlər.

Soyuqdəymə, qalxanvari vəzin və ürək-damar sistemi xəstəliklərinin müalicəsində də nar faydalıdır.

Eyni zamanda ateroskleroz, malyariya və qan azlığından əziyyət çəkənlərə də məsləhət görülür.

Hipertoniyadan əziyyət çəkənlər müntəzəm olaraq nar qəbul etsələr, arterial təzyiqi aşağı salmaq olar.

Nar vasitəsilə orqanizmə daxil olan təbii amin turşuları patoloji hüceyrələrlə mübarizə aparır və mənfi proseslərin qarşısını alır.

Müntəzəm olaraq nar qəbul etmək mədə xərçənginin qarşısını alır.

Bronxial asma və anemiyadan əziyyət çəkənlərə faydalıdır.

Narın dənələri və şirəsi orqanizmdən radioaktivləri ifraz etməyə yardımçıdır.

Nar şirəsinin faydaları

Nar şirəsi orqanizm üçün çox faydalıdır:

Amin turşuları orqanizmin fəaliyyəti üçün çox önəmlidir. Nar şirəsinin tərkibində 15 növ amin turşusu var.

Nar şirəsi orqanizmi təmizləyir. Şirənin tərkibindəki antioksidantlar bu işə kömək edir. Nar şirəsi mədə fəaliyyətini normallaşdırır.