700 min insanı öldürən "Qəssab"ın İLGİNC DOSYESİ


Digərləri 04 Noy 2018 22:08:00 273 0

700 min insanı öldürən "Qəssab"ın İLGİNC DOSYESİ

SSRİ-də 1930-1940-cı illərdə həyata keçirilən repressiyaların əsas təşkilatçılarından biri Nikolay Ejov haqqında çox az məlumatlar var.

Son.az teleqraf.com-a istinadən XX əsr insanlığın və bəşəriyyətin düşməni olan "qəssab" Ejovun dosyesini təqdim edir.

SSRİ-nin rəsmi qeydlərinə görə, Ejov Sankt-Peterburqda doğulub. Ancaq bəzi sənədlərə görə, onun Litvada doğulduğu söylənilir. İbtidai təhsillidir. Sonra Sankt-Peterburqa gələrək burada iş axtarmağa başlayıb. 1909-cu ildən 1915-ci ilə qədər fabriklərdə işləyib. 1915-ci ildən 1917-ci ilə qədər çar ordusunda xidmət edib.

Oktyabr inqilabı ərəfəsində Vitebskdə bolşeviklərə qoşulub. 1919-1921-ci illər Rusiya vətəndaş müharibəsi zamanı Qızıl ordunun tərkibində savaşıb. 1922-ci ildən sonra siyasi işlərə meyl edib, Kommunist Partiyasının fəal üzvü olub, bir sıra regionlarda partiyanın katibi vəzifəsini tutub. 1927-ci ildə partiyanın mərkəzi qərargahında vəzifəyə gətirilib, baş məsləhətçi olub. 1929-cu ildən 1930-cu ilə qədər kənd təsərrüfatı nazirinin mavini vəzifəsini tutub. 1934-cü ildə Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçilib, daha sonra Mərkəzi Komitədə vəzifə alıb. 1935-1939-cu illərdə partiyanın nəzarət təftiş komissiyasının rəhbərliyini edib.

1936-1938-ci illərdə NKV-yə rəhbərlik edib. Onun insanlığa düşmən olması da bu tarixdən başlayıb.

NKVD-də də əsas işi ondan əvvəl nazirliyə rəhbərlik edən "qəssab" Yaqodanın adamlarını təmizləmək olub. Qeyri-rəsmi məlumatlara görə, minlərlə insanı işindən edib, həbsə atdırıb.

Məhz onun dövründə "Kulak", "Böyük təmizləmə" siyasəti özünün pik nöqtəsinə çatıb. Arxiv materiallarına görə, onun dönəmində sovet rəhbərliyində təmsil olunan şəxslərin yarıdan çoxu öldürülüb, Sovet ordusu zabitlərinin böyük bir qismi repressiya aparatından keçirilib, NKVD içində 10 mindən çox insan cəzalandırılıb.

Bundan başqa, 1937-1938-ci illərdə 1 milyon 372 min insan sovet dövlətinə qarşı fəaliyyət iddiası ilə həbs edilib. 700 min insan güllələnib. Ejov NKVD-yə rəhbər təyin edildiyi zaman ölkədə cəmi 685 min "kulak" olub, ancaq yeni komissar bu sayı üç dəfə artırıb.

Şübhəsiz ki, repressiya maşınının başında Stalin dururdu, ancaq Ejov bu prosesin əsas icraedici fiquru idi və daha çox insanı qətlə yetirməklə böyük işlər gördüyünü, rəhbəri qoruduğunu, sədaqətini nümayiş etdirmək istəyib.