Palermoda daşqınlar 10 nəfərin ölümünə səbəb olub


Dünya 04 Noy 2018 21:54:00 242 0

Palermoda daşqınlar 10 nəfərin ölümünə səbəb olub

İtaliyanın Palermo şəhərində güclü yağışlar daşqınlara səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, daşqınlar nəticəsində 3-ü uşaq olmaqla 10 nəfər həlak olub, 2 nəfər isə itkin düşüb.

Bildirilir ki, həlak olanlardan 9-u bir ailənin üzvləri olublar. Onların meyitləri Kasteldaçça kommunasında, çayın sahilində yerləşən evdən tapılıb.