Saqqalın qəribə tarixi


Digərləri 04 Noy 2018 21:50:00 318 0

Saqqalın qəribə tarixi

Bu gün 5 kişidən azı 2-si saqqal saxlayır.

Son.az xəbər verir ki, qədim xalqlar arasında da saqqal saxlamaq kişilik, müdriklik göstəricisi olub. Hətta kişini alçaltmaq üçün saqqalı kəsilər, "saqqalından utan" kimi ifadələrlə təhqir olunardı. Şekspir bu haqda "saqqallı kişi digərlərindən bir addım öndədir" deyirdi.

Qədim qızıldərililər hesab edirdilər ki, yaşıl və mavi rəngə boyanmış saqqal onlara əvəzedilməz cazibə bəxş edir. Pəncablılarsa saqqallarını buruq dəmir ətrafında fırladaraq, toplayırdılar. Yalnız əlamətdar günlərdə saqqallarını açıb, bayrama qatılırdılar. Qədim monqollar üzlərində az tük çıxmağına baxmayaraq, saqqal sevdasından dönmürdülər. Bu siyahıya qədim çinliləri və yaponları da aid edə bilərik. Misirdə saqqal saxlamaq icazəsi ancaq yüksək vəzifəli məmurlara verilirdi. Fironlar isə mütləq saqqallı olmalı idilər. Çünki üzdəki tük hakimiyyətin rəmzi sayılırdı. Hətta fironun xanımına da rəsmi görüşlərdə xüsusi hazırlanmış saqqal taxılardı. Antik Yunanıstanda da vəziyyət fərqli deyildi. Həddi-buluğa çatan oğlanlar saqqal uzadaraq, seksual zorakılıqdan qurtulur, eyni zamanda, böyüdüyünü sübut edirdi. Afinalılar saqqalsız gəzən kişlərə rişxəndlə yanaşırdılar. Hətta dünya tarixinin ilk kinik (it kimi yaşamağı seçən) filosofu Diogen saqqalsız gənc görəndə, ondan qadın deyil, kişi kimi yarandığı üçün təbiəti məhkəməyə vermək istəyirmi deyə, soruşurdu.


Xəbərə aid foto