Zooterapiyanın uşaqların inkişafındakı rolu


Digərləri 04 Noy 2018 21:10:00 202 0

Zooterapiyanın uşaqların inkişafındakı rolu

Mütəxəssislərin fikrincə, ev heyvanları ilə təmasda olan uşaqlar aqressiyadan uzaq, sevgi dolu böyüyürlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir neçə gün öncə məhəlləmizdə Rafiqin ağladığını gördüm. Yaxınlaşıb nə üçün ağladığını soruşanda, bildirdi ki, evdə it saxlamaq istəyir, amma valideynləri buna icazə vermir. Rafiqdən nə üçün evdə it saxlamaq istədiyini soruşanda dedi ki, tək darıxır, dostlarının əksəriyyətinin evdə pişiyi, tutuquşusu, dovşanı var. İstəyir ki, onun da balaca, şirin ev heyvanı olsun. Açığı, Rafiq ev heyvanı istədiyini elə ürəkdən dedi ki... Məsələni həll etmək, valideynlərinin fikrini öyrənmək üçün Rafiqlə birlikdə onlara getdik. Anası ilə söhbət edən zaman aydın oldu ki, xanımın evdə heyvan saxlamaq qorxusu var. Deyir ki, bina evində heyvan bəsləmək, onun qulluğunda durmaq, təmizliyinə diqqət etmək çox çətindir. Həmsöhbətim qeyd etdi ki, əgər həyət evində yaşasaydılar, məmnuniyyətlə Rafiqin arzusunu yerinə gətirərdilər.