Qışı xəstəliksiz keçirmək istəyirsinizsə, oxuyun


Digərləri 04 Noy 2018 21:15:00 258 0

Qışı xəstəliksiz keçirmək istəyirsinizsə, oxuyun

Havanın dəyişməsi, yaşadığımız stress, yuxusuzluq və balanssız qidalanma immunitet sistemini zəiflədir. Bu səbəbdən də payızı xəstələnmədən keçirmək və qışa yaxşı hazırlaşmaq üçün immunitet sistemini gücləndirmək lazımdır.

Son.az axşam.az-a istinadən payız-qış aylarını xəstəliksiz keçirmək, immuniteti gücləndirmək üçün əməl etməyiniz gərəkən 10 qızıl qayda haqqında məlumat verir:

1. İmmuniteti gücləndirməyin ilk şərti düzgün qidalanmadır. Bunun üçün tam taxıl məhsullarını, karbohidratları, zülal və yağı balanslı qəbul edin. Siqaret, spirt və şəkərdən uzaq durun. Soğan, sarımsaq, ispanaq, şüyüd, cəfəri, pomidor, gül kələmi yeyin, çünki onlar antioksidant baxımından zəngindir. 

2. Kifayət qədər rahat yatın. Qədərində yuxu sağlamlığımız üçün su içmək qədər əhəmiyyətlidir. Yaxşı yuxunun əsas göstəricisi adamın səhər rahat oyanması və gün ərzində özünü gümrah hiss etməsidir. Keyfiyyətsiz bir yuxu müvazinəti pozur, immunitet sisteminin zəifləməsinə səbəb olur.

3. Həftədə ən az 3 gün açıq havada gəzin. Xüsusilə açıq və təmiz havada zaman keçirmək sağlam bir orqanizm və güclü immunitet sistemi üçün olduqca vacibdir.

4. Hərəkətsiz qalmayın. Kompüter qarşısında və hərəkətsiz çox vaxt keçirməyin.