Nə qədər istəsəniz də heç vaxt gedə bilməyəcəyiniz 5 MƏKAN FOTO


Digərləri 04 Noy 2018 20:37:00 316 0

Nə qədər istəsəniz də heç vaxt gedə bilməyəcəyiniz 5 MƏKAN  FOTO

Dünyanı gəzmək, səyahət etmək hər birimizin arzusudur. Amma bəzən insanlar çox az bilinən yerlərə səfər etməyi üstün tuturlar. Səyahət edə biləcəyimiz gözəl ölkələr, şəhərlər çoxdur. Bir də elə yerlər var ki, istəsək də, bu yerləsə səfər edə bilmərik. Bu yerlərdən bəziləri dövlət tərəfindən mühafizə edilir, bəziləri isə təhlükəli olduqları üçün bağlıdır.

Son.az "ölkə.az"-a istinadən bu yerlərin siyahısını təqdim edir.

51-ci Zona, ABŞ

51-ci Zona haqqında bir çox hekayə var. ABŞ-ın Nevada ştatında, səhranın tam ortasında yerləşir. İddiaya görə, ABŞ bu bölgədə yadplanetlilərlə rabitə qurur. 1947-ci ildə bölgəyə UNO düşüb. Ərazidə yadplanetlilərlə bağlı bir sıra kritik araşdırmalar aparılıb. 51-ci Zonaya uzaqdan baxanda anqar və təyyarə meydançaları görünür. Yerin altında isə müxtəlif laboratoriyalar var. Əraziyə ancaq orada işləyənlər girə bilir. Bazaya kənar şəxs yaxınlaşsa, ona atəş açıla bilər.

Qapalı Maraş, Kipr

Əsl adı Varoşhadır. İllər əvvəl turizm məkanı olub. Hətta Hollivud ulduzları da burada dincəliblər. 1970-ci ildə 10 min nəfərlik Maraş ən parlaq dövrünü yaşayıb. 1974-cü ilin 13 avqust tarixində Türk Silahlı Qüvvələri Kipr Hərəkatı ilə bölgəni ələ keçiriblər. 14 avqustdan ərazi vətəndaşlar üçün bağlanıb.

Şimali Sentinel adası, Hindistan


Xəbərə aid fotolar