"İdxal olunan benzin keyfiyyətsizdir" iddiasının izinə düşdük, amma...


Digərləri 04 Noy 2018 20:28:00 233 0

"İdxal olunan benzin keyfiyyətsizdir" iddiasının izinə düşdük, amma...

Mütəxəssislər "keyfiyyətli benzin dərdi"nin əvvəldən mövcud olduğunu bildirdilər

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir. Müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib. Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi. Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir. SOCAR-dan Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də, benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.

Son günlər bu məsələ ilə bağlı ictimaiyyət arasında ajiotaj yaranıb. Sürücülər deyir ki, xaricdən idxal edilən benzin keyfiyyətsizdir və bu da, maşınların mühərrikində ciddi problemə səbəb olur. Elə ustalar da bu problemlə bağlı müraciətlərin sayının artdığını söyləyirlər. Məsələni araşdırmaq üçün mütəxəssislərin fikirlərini öyrəndik.