"Bu, sağlam bir düşüncə deyil" "Çukur" serialının Aliçosu


Digərləri 04 Noy 2018 20:19:00 247 0

"Bu, sağlam bir düşüncə deyil"  "Çukur" serialının Aliçosu

Rza Kocaoğlu: İşin ən böyük tərəfi istedad və təhsil yox, çalışmaqdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Türkiyənin "EleleOnline" jurnalı Azərbaycanda da kifayət qədər sevilən və izlənilən "Çukur" serialının Aliçosundan müsahibə alıb. Yazının girişində aktyoru təsvir edən Gülru İncu yazır ki, aktyor Rza Kocaoğlu eynən "Çukur" serialının Aliçosu kimi günün çoxunu köhnə məhəllələrdə, özünün də dediyi kimi, həyatın tam ortasında keçirir. Risk almağı sevir. Hətta bu risklərin onu böyütdüyünü söyləyəcək qədər də mərddir. O, son dövrlərdə göbələk kimi artan məhəllə qəhrəmanlarından deyil, canlı bir anti-qəhrəmandır. Bəzi aktyorlar var ki, ekranda, ya da səhnədə hansı rolu canlandırırsa-canlandırsın, bütün halı ilə o qədər təbiidir ki, izlədiyimiz zaman onun bir film olduğunu unuduruq. Bir an hansının daha real olduğunu düşünürük. Ekranda izləyib, sanki yaxından tanıdığınız biriymiş kimi, ani şəkildə dünyamıza girən o xarakter qəzetlərdə, saytlarda, küçədə gördüyümüz həqiqi xarakterlərdən daha canlı görünür gözümüzə. Jurnalist "Çukur" serialının ikinci mövsümü ilə ekrana gələn istedadlı aktyor barədə yazır ki, o, ilk baxışda dəcəl bir uşaq təsiri bağışlayır. Mavi gözləri bir az sonra sizi təəccübləndirəcək kimi sakit-sakit baxır və sakit şəkildə kameraya poz verir. Kamera qarşısında o qədər rahatdır ki, peşəkarlığına heyran qalırıq. Dediyinə görə, özünü rəndələdiyi, bir qəlibə salmağa çalışdığı bir dövrü yaşayır.    - Rza bəy, serial aktyorluğu ilə teatr aktyorluğu arasındakı dramatik fərqi nədir? Hansında özünüzü daha sərbəst hiss edirsiniz?

- Teatr mənim üçün özümü yaxşı hiss etdiyim, məsuliyyət dərk etdiyim bir nəfəsdir. Mənə görə səhnədə, ekranda oynama şəkilləri ilə bağlı məkanları bir-birindən ayırmaq düzgün deyil. Ekran, film, teatr - mənim üçün bunların heç bir fərqi yoxdur. Əsas məqsəd hekayədə üzərinə düşən obrazı tamaşaçıya doğru şəkildə təqdim etməkdir.    - "Çukur" serialındakı obrazınız xarakterinizə necə təsir edir? Bu rolu inandırıcı göstərmək üçün istifadə etdiyiniz bir metod varmı?

- Bu obrazı yaratmaq üçün uzun məşqlər etdik. Xarakterin özünə xas özəlliklərini doğru araşdırıb, üzərinə əlavələr edib, həmin xarakterin bədən və səs dinamikasını yaratmağa çalışdım.   - Bu rolu qəbul etməyinizdə sizə ən çox nə təsir edib?

- Fərqli olmağı və bu günə qədər daha çox müzakirə və tənqidlərə tuş gəlməməyidir. Bu serialda Aliçonun üzərinə böyük bir məsuliyyət düşürdü və bu obrazın doğru şəkildə təqdim olunması vacib idi. Bu obrazımın tamaşaçılar tərəfindən sevildiyini və fərqlilik yaratdığını görəndə çox xoşbəxt oluram.    - "Çukur" serialında canlandırdığınız xarakterin ən çox hansı özəlliyini sevirsiniz?

- Məsumiyyətini. Həyatı ən saf halı ilə qəbul edib, saf sevgi ilə yaşamağını.   - Bu günə qədər canlandırdığınız xarakterlər arasında hansı digərlərindən bir addım önə çıxır və duyğusal olaraq sizin üçün daha özəldir?