Quraqlıq ötən əkin ilində İranın Tiran və Kərvən rayonuna ağır ziyan vurub


Dünya 04 Noy 2018 20:04:00 240 0

Quraqlıq ötən əkin ilində İranın Tiran və Kərvən rayonuna ağır ziyan vurub

Ötən əkin ilində (23 sentyabr 2017-dən başlayaraq) quraqlıq İranın Tiran və Kərvən rayonuna 780 milyard rial (təxminən 18 milyon 571 min 428 dollar) ziyan vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri İranın İsfahan vilayətinin Tiran və Kərvən kənd təsərrüfatı idarəsinin direktoru Möhsün Hac Abidi deyib.

Onun sözlərinə görə, rayonun 4400-dən çox hektar ərazisi əkin sahəsidir. 2400 hektardan çox ərazidə istehsal azalıb və 1600 hektar ərazi isə buraxılıb. Buna əsasən kənd təsərrüfatı sektorunun istehsalı 6500 ton azalıb. Quraqlıq əkinçiliyə 330 milyard rial (təxminən 7 milyon 857 min 142 dollar) ziyan vurub.