Türkiyə hökuməti ölkədə süni qiymət artımına qarşı sərt tədbirlər görəcək


Dünya 04 Noy 2018 18:31:31 218 1

Türkiyə hökuməti ölkədə süni qiymət artımına qarşı sərt tədbirlər görəcək

Türkiyə hökuməti ölkədə süni qiymət artımı ilə bağlı sərt tədbirlərə keçib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə ticarət naziri Ruhsar Pekcan nazirlikdə keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, yaradılmış "qaynar xətt"ə əsassız qiymət artımı ilə bağlı 48 min şikayət daxil olub. Bu vaxta qədər 5 min 743 şirkətə məxsus 81 min 666 məhsulun satışı üzərində araşdırma aparılıb və 366 şirkətin 6 min 399 malı ilə bağlı icazəsiz qiymət artımı müəyyən olunub. Belə hallara görə dərhal cəza tədbirlərinə əl atılmır. Qarşı tərəfin də fikirləri öyrənilir, vəziyyət ətraflı təhlil olunandan sonra qərarlar verilir.