Tereza Mey Aİnin "Brexit"lə bağlı güzəşt etməsinə nail olub


Dünya 04 Noy 2018 16:15:00 247 0

Tereza Mey Aİnin "Brexit"lə bağlı güzəşt etməsinə nail olub

Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqının (Aİ) Şimali İrlandiya ilə ciddi sərhəd olmadan bütün Krallığı Aİ-nin gömrük birliyində saxlamağa imkan verən güzəştinə nail olub.

Son.az report-a istinadən bildirir ki, bu barədə öz mənbələrinə istinadən "The Sunday Times" qəzeti yazıb.

Aİ-nin "Brexit"lə bağlı baş elçisinin köməkçisi Mişel Barnyenin sözlərinə görə, Avropa İttifaqı malların normativ yoxlanışının sərhəddə deyil, fabrik və mağazalarda aparılmasına razılıq verib.