Ermənistan prezidentinin təyyarəsi də əlindən alındı


Dünya 04 Noy 2018 15:45:00 202 0

Ermənistan prezidentinin təyyarəsi də əlindən alındı

Ermənistan prezidenti Armen Sarkisyanın aparatı "Airbus" təyyarəsindən məhrum edilib, dövlət başçısının xərcləri isə 741 milyon dram (1,5 milyon dollar) azaldılıb.

Son.az virtualaz.org-a istinadən xəbər veirr ki, bu barədə erməni KİV-lərinin nümayəndələrinə Ermənistan prezident aparatının yeni rəhbəri Emil Tarasyan danışıb. Gələn il üçün dövlət büdcəsinin layihəsinin təqdimatında o əlavə edib ki, təyyarədən imtina onun saxlanmasına və istifadəsinə xərclənən 200 milyon drama qənaət etməyə imkan yaradacaq.

Eyni zamanda, prezident aparatına nəqliyyat vasitələrinin yanacağı üçün ayrılan vəsait 10 milyon dram ixtisara düşüb. Tarasyanın sözlərinə görə, 2019-cu il üçün prezidentin xərclər büdcəsi 1,183 milyard dram (2,4 milyon dollardan artıq) nəzərdə tutulub ki, bu da 2018-ci ildəki analoji göstəricinin 61,5%-ni təşkil edir.

Prezident aparatının rəhbərinin bildirdiyinə əsasən, bununla birlikdə, əməkdaşların əməkhaqları və bonusları üçün nəzərdə tutulmuş xərclər 532 milyon dram azaldılacaq. Gələn il daha böyük ixtisarlar gözlənilir, çünki qanunla indiki 180 əməkdaşın əvəzinə 159 ştat vahidi nəzərdə tutulur.

"Yalnız bir maddə - aparatın kadrlarının ixtisasartırması üçün nəzərdə tutulmuş vəsaitlərdə 5 milyon dram artım planlaşdırılır", - Tarasyan deyib.