Bakıya yağış, dağlara qar yağacaq


Digərləri 04 Noy 2018 14:53:00 239 0

Bakıya yağış, dağlara qar yağacaq

Noyabrın 5-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Son.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 17-20° isti, Bakıda gecə 9-11°, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.