Polşa gəmisi Baltika dənizində batdı


Dünya 04 Noy 2018 13:38:00 265 0

Polşa gəmisi Baltika dənizində batdı

Şənbə günü axşam Polşanın göyərtəsində 19 nəfər olan gəmisi Baltika dənizində batıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Polşa Dəniz Axtarış və Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Rafal Qoyetsk deyib.

"Şənbə günü axşam "Mietus" gəmisi dənizdə batıb. O, kommersiya məqsədi ilə dənizə çıxır və insanları balıq tutmağa aparırdı", - deyə o bildirib.

Gəminin hansı səbəbdən batdığı, hələ ki, məlum deyil. Xidmətin məlumatına görə, göyərtədə olan 19 nəfərin hamısı xilas edilib. Onların köməyinə Danimarka xilasediciləri gəlib. Əməliyyatda iki vertolyot və üç gəmi iştirak edib.