Tanınmış musiqiçi 49 yaşında vəfat etdi


Dünya 04 Noy 2018 13:07:00 271 0

Tanınmış musiqiçi 49 yaşında vəfat etdi

Amerikalı caz truba ifaçısı Roy Harqrouv 49 yaşında ABŞ-da vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, Harqrouv Nyu-Yorkda yerləşən xəstəxanada ürək dayanmasından vəfat edib. O, illərdir əziyyət çəkdiyi böyrəklərlə bağlı problemə görə xəstəxanaya çatdırılmışdı.

Truba ifaçısı "Diamond in the Rough" ilk albomunu 1990-cu ildə buraxıb. Harqrouv iki dəfə "Qremmi" mükafatına layiq görülüb.