Biseksual və sadomazoxist: Hitler ilə bağlı yeni faktlar məxfi sənədlə üzə çıxarılıb FOTO


Digərləri 04 Noy 2018 12:53:00 281 0

Biseksual və sadomazoxist: Hitler ilə bağlı yeni faktlar məxfi sənədlə üzə çıxarılıb  FOTO

XX əsrin ən dəhşətli diktatoru hesab edilən Adolf Hitlerin həyatı hər zaman maraq dairəsində olub. Onun şəxsi həyatı və bunun siyasətə sirayəti müzakirə edilən mövzuların başında gəlib.

Son.az musavat.com-a istinadən bu haqda çox sayda araşdırmalar aparılsa da, ABŞ kəşfiyyatının hazırladığı sənəddə qeyd olunan faktlar diktatorun həyat tərzini hər detalına qədər ortaya qoyur. Sinifləşdirilməyən sənədlər "tam məxfi" adı altında Strateji Xidmətlər Ofisi tərəfindən ABŞ-ın müharibəyə (II Dünya Müharibəsi) qoşulduğu ildən (1941) sonra 1943-ci ildə hazırlanıb.

Məxfi sənəd ABŞ prezidenti Ruzveltin köməkçisi olan antropoloq Dr. Henri Fild tərəfindən mayor Con MakDonofa göndərilib. Mesajda yazılır: "Mən təhlükəsizlik məsələlərinə məsul olaraq qeyd etməliyəm ki, bu sənəd tam məxfidir".

68 səhifəlik hesabat Hitlerin şəxsiyyəti, maraq dairəsi, fiziki vəziyyəti, dieti, dini və cinsi həyatı haqqında hər xəbəri özündə cəmləşdirib. Hər kateqoriyada Hitler haqqında məlumat verilib.

Sənədə əsasən hər bölüm üzrə Hitler haqqında bilinməyən faktlar bunlardır:

Ailə: Hitlerin anası atasından üç yaş balaca olub və atası ilə qohumluğundan əlavə bir tərəfinin Çex olduğu da bildirilir. Hitler 1889-cü ildə doğulanda atasının 52 yaşı olub. Hitler xoşbəxt ailədə böyüməyib. Bunda atasının sadist olması da böyük rol oynayıb.  Bu barədə məlumatı Hitlerin ögey qardaşının keçmiş arvadı Bricit Hitler verib. Bricitin söylədiyinə görə, atası evlərindəki köpəyi yerə sərilənə qədər döyürmüş. Nəinki köpək, uşaqları və arvadını da vəhşicəsinə döydüyü bildirilir.

Hitlerdə Narkiss və Oedipus kompleksinin olması bununla əlaqədardır. Anasının onun həyatında və yetişməsində böyük rolu olub. Təsadüfi deyil ki, 20 yaşında anasını itirən Hitler "həyatımın ən böyük itkisi" deyə hər zaman söylərdi.

Təhsili: Hitler "professor" tipində olmağı xoşlamayıb. O, təhsili o qədər də önəmli hesab etməyib, o dərəcədə ki, 1932-ci ildə ona Almaniya vətəndaşı olması üçün Draunsşveyq Hökumətinin təklif etdiyi təhsil dərəcəsini belə, rədd edib.

Xarici dil: Alman dilindən başqa heç bir dildə danışa bilməyib.

Hitler qeydlərini özü alırmış. Heç bir zaman çap formatında məktub yazmayıb. Qeydlər almayan Hitler hər zaman qarışıq bayraq və cizgilər çəkirmiş.

Mütailə edən birisi olmayan Hitler sadəcə özünə lazım və marağı olan kitabları oxuyub. O, Böyük İsgəndər, Solon, Yuli Sezar, Məhəmməd Peyğəmbər, İsa Peyğəmbər, Napaleon, Kutusov, Bismark və s. böyük şəxsiyyətlərin əsərlərini oxuyub. Hitlerə yaxşı aforizmlər kifayət edib. Napaleona olan xüsusi rəğbətini gizlədib.

Fiziki durumu: Hitler çox titiz olub. O, heç vaxt paltosunu kiməsə tutması üçün verməyib. Ənənəvi tərzdə geyinən Hitler parfümdən istifadə etməyib. Hitlerin bığlarına gəlincə məsləhətçiləri onu dəyişdirməsi gərəkdiyi desə də, o, israrla "mənim tərzim budur, sabah hər kəs də bu tərzdə olacaq" söylərmiş.

Avtomobil sürə bilməyib. Havanın necə olmasından asılı olamayaraq da açıq hava tərcihi olub. Hava durumu yaxşı olmayıbsa bayıra çıxmağa üstünlük verməyib.

Görmə qabiliyyəti zəif olub. Buna səbəb 1918-ci ildə qaz zəhərlənməsinin olduğu bildirilir. Aşırı dərəcədə işıqlılıq tərəfdarı olub. Buna baxmayaraq  gözlük taxmağı məcbur olana qədər rədd edib.

Səsinin təsirli olması üçün hər zaman xüsusi içkilər içib.

Yatmaq üçün dərmanlar qəbul edirmiş

Hitlerin Landsberq həbsxanasından sonra yatmaq problemi olub. Hətta yatmaq üçün dərmanlar da qəbul edirmiş.

Sudan qorxub

Hər anlamda cəsur olduğu bildirilsə də Hitlerin tək qorxduğu şey su olub. Suyu heç vaxt xoşlamayıb və üzə bilməyib.


Xəbərə aid fotolar