Çelentano ilə duet oxuyan azərbaycanlı müğənni:


Şou-biznes 04 Noy 2018 10:14:00 267 0

Çelentano ilə duet oxuyan azərbaycanlı müğənni:

"Ukraynanın səsi" yarışması ilə məşhurlaşan müğənni Vaqif Nağıyev 80 yaşlı dünya şöhrətli ifaçı və aktyor Adriano Çelentano ilə eyni səhnəni paylaşıb.

Son.az bildirir ki, "Ma Perke" kompozisiyasını təkrarolunmaz müğənni ilə duet oxuyan həmyerlimiz təəssüratlarını publika.az-a bölüşüb:

"Dünya şöhrətli italyan müğənnisi ilə eyni səhnəni bölüşmək və onunla duet oxumaq mənim üçün böyük fəxrdir. Maestronun razılaşdığını eşidəndə sevincimin həddi-hüdudu yox idi. Təbii ki, həm də həyacanlı idim. Bildiyiniz kimi, bundan əvvəl İnqridlə azərbaycan dilində "Ümid yağışı" adlı mahnıya duet oxumuşuq, həmçinin Alessandro Safina ilə eyni səhnəni paylaşmaq imkanım olub. Amma dünənki konsertin yeri bambaşqa idi... Sevdiyim ifaçı ilə sevdiyim əsəri səsləndirmək daha yaddaqalan oldu. Çox sevindirici haldır ki, buna nail oldum".


Xəbərə aid foto