Şəkidə ağır qəza:


Digərləri 04 Noy 2018 09:52:00 229 0

Şəkidə ağır qəza:

 Şəki rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Son.az report-a istinadən bildirir ki, hadisə bu gün səhər saat 06:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral avtomobil yolunun Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində olub.

İki avtomobilin toqquşması nəticəsində Şəki kənd sakinləri - 1982-ci il təvəllüdlü Xudaverdiyev Teymur İsmayıl oğlu və 1996-cı il təvəllüdlü Eminov İlqar Nəbican oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan report-a bildirilib ki, yaralıların vəziyyətləri orta-stabil qiymətləndirilir, hazırda onların müayinələri aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bərdədə sərxoş sürücü maşını aşırdıb.