Çində 26 avtomobil toqquşdu:


Dünya 04 Noy 2018 09:30:00 177 0

Çində 26 avtomobil toqquşdu:

Çinin Lançjou əyalətində 26 avtomobilin iştirakı ilə baş verən yol qəzasında 14 nəfər həyatını itirib.

Son.az report-a istinadən bildirir ki, bu barədə "Sinhua" məlumat yayıb.

Zəncirvari qəza zamanı daha 27 nəfər yaralanıb.

Hadisə şənbə günü Lançjou - Haykou şosesində, pul yığma məntəqəsinin 200 metrliyində qeydə alınıb.