Çaylarda sululuq səviyyəsi dəyişib


Digərləri 04 Noy 2018 08:34:00 212 0

Çaylarda sululuq səviyyəsi dəyişib

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Bakı. Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR-da Naxçıvançay çayında 5 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 126 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 260 m3/s olmaqla ongünlük normanın 139 faizini təşkil edib.