Çexiyada qrip əleyhinə peyvəndi birbaşa apteklər edəcək


Dünya 04 Noy 2018 06:30:00 245 0

Çexiyada qrip əleyhinə peyvəndi birbaşa apteklər edəcək

Qrip əleyhinə vaksinləmə birbaşa apteklərdə həyata keçirilməlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu təkliflə Çexiya Həkimlər Palatasının nümayəndələri çıxış ediblər. Onlar vaksinləmənin zəruriliyini profilaktika dərəcəsinin artırılması, həmçinin bu yoluxucu xəstəliklə bağlı baş verə biləcək risklər haqqında məlumatın daha səmərəli yayılmasının vacibliyi ilə əsaslandırırlar. Oxşar təcrübə İngiltərə, İrlandiya, Portuqaliya və İsveçrə kimi ölkələrdə yayılıb.