Suriyada 7 ildə 689 KİV nümayəndəsi öldürülüb


Dünya 04 Noy 2018 02:30:00 279 0

Suriyada 7 ildə 689 KİV nümayəndəsi öldürülüb

Suriyada vətəndaş müharibəsi başlayandan bu günədək ölkə ərazisində 689 KİV təmsilçisi qətlə yetirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SNHR) məlumat yayıb. Bildirilir ki, ötən müddət ərzində Suriyada öldürülən KİV nümayəndələrindən səkkizi əcnəbidir. Bundan başqa, münaqişə bölgəsində 18-i əcnəbi olmaqla 418 nəfər media əməkdaşı girov və yaxud əsir götürülüb.