13 insanın "qatili" olan pələng öldürülüb


Digərləri 04 Noy 2018 00:45:00 260 0

13 insanın "qatili" olan pələng öldürülüb

Hindistanın Maharaştra ştatında 13 nəfəri parçalayıb öldürən pələng uzun sürən axtarışlardan sonra tapılaraq güllə ilə vurulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yerli mətbuatda Avni adı verilən heyvan peşəkar ovçu tərəfindən öldürülüb.

Heyvanları müdafiə təşkilatları yırtıcını öldürməməyə, tutaraq heyvanxanaya yerləşdirməyə çağırıblar. Onlar hətta bu məsələ ilə bağlı Ali Məhkəməyə müraciət ediblər. Lakin bütün bu cəhdlər nəticəsiz qalıb.