"Liverpul" səfərdə "Arsenal"la oyunda qələbəni əldən verdi - 1:1


Digərləri 04 Noy 2018 00:23:03 248 0

"Liverpul" səfərdə "Arsenal"la oyunda qələbəni əldən verdi - 1:1

"Arsenal" futbol komandası İngiltərə Çempionatının 11-ci turu çərçivəsində "Liverpul"la heç-heçə edib.

Bakı. "Arsenal" futbol komandası İngiltərə Çempionatının 11-ci turu çərçivəsində "Liverpul"la heç-heçə edib. Trend-in məlumatına görə, Londonda keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 61-ci dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Ceyms Milner açıb. Bu qol Milnerin "Premyer Liqa"da vurduğu 50-ci qol olub.