İran MKİnin məxfi saytlarına müdaxilə edib


Dünya 03 Noy 2018 23:56:00 305 0

İran MKİnin məxfi saytlarına müdaxilə edib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xarici ölkələrdəki məlumat mənbələri ilə əlaqə saxladığı elektron sistemlərə İranın xüsusi xidmətləri müdaxilə edib.  

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Yahoo News" portalı məlumat yayıb.

Hadisə hələ 2010-cu ildə baş verib. Nəticədə MKİ ilə əməkdaşlıq edən bir çox şəxs ifşa olunub və qətlə yetirilib.