Dünyada 15 yaşınadək uşaqların 93 faizi


Dünya 03 Noy 2018 23:59:00 285 0

Dünyada 15 yaşınadək uşaqların 93 faizi

Dünyada 15 yaşınadək uşaqların 93 faizi (1,8 milyard azyaşlı) çirklənmiş hava ilə nəfəs alır. Hava çirkliliyi nəticəsində onların sağlamlığında ciddi fəsadlar yaranır, hətta ölüm halları müşahidə olunur. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, 2016-cı ildə hava çirkliliyi ilə əlaqədar uşaqlarda aşağı tənəffüs yollarının infeksiyası nəticəsində 600 min azyaşlı həyatını itirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, DST-nin yeni hesabatında dünyada, xüsusən aşağı və orta gəliri olan ölkələrdə həm atmosferdə, həm də qapalı məkanlarda zəhərli havanın uşaqların sağlamlığına mənfi təsiri ilə bağlı aparılan tədqiqatın nəticələri yer alıb. Bu sənəd təşkilatın hava çirkliliyi və sağlamlıq mövzusunda keçirdiyi birinci qlobal konfrans ərəfəsində dərc olunub.

Hesabatda deyilir ki, çirkli havanın təsirinə məruz qalan hamilə qadınlar böyük ehtimalla vaxtından əvvəl doğur və ya normadan az çəkisi olan uşaqlar dünyaya gətirirlər. Hava çirkliliyi uşaqlarda əsəb pozuntularına, zehni qabiliyyətin aşağı olmasına, həmçinin bronxial astma və xərçəng xəstəliklərinə səbəb olur. Yüksək dərəcədə toksik havaya məruz qalan uşaqlarda ürək-damar xəstəlikləri də yarana bilər.