Bioloji yaşlanma doqquz əlamətlə müşayiət olunur


Digərləri 03 Noy 2018 23:45:00 259 0

Bioloji yaşlanma doqquz əlamətlə müşayiət olunur

"Bioloji yaşlanma dövründə orqanizmdə yaxşıya doğru heç bir proses baş vermir".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri İspaniyadakı Milli Onkoloji Araşdırmalar Mərkəzinin həkimi, yaşlanma əlamətləri üzrə tədqiqatlara dair hesabatların müəlliflərindən biri olan Manuel Serrano ifadə edib.

Bu tədqiqatların nəticəsində məməli canlılar, o cümlədən insan orqanizmində yaşlanma prosesinin aşağıdakı doqquz əlaməti müəyyən olunub:

Birincisi, dezoksiribonuklein turşusu (DNT) - yəni hüceyrələr arasında əlaqə yaradan genetik kodumuz pozulmağa başlayır və xüsusi fəaliyyət üçün yaranan kök hüceyrələri də təsiri altına alır. Bu proses onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.

İkinci əlamət xromosomların qapağı sayılan telomerlərin köhnəlməsi və onların zərər görməsidir. Bunun nəticəsində ağciyər fibrozu və aplastik anemiya təhlükəsi meydana gəlir. Hazırda alimlər bu prosesi ləngitmək üçün telomeraz adlı maddə üzərində iş aparırlar.

Üçüncü əlamət hüceyrələrin davranışlarının pozulması ilə bağlıdır. Bu prosesdə konkret olaraq bir hüceyrədəki minlərlə gen onun istiqamətini müəyyən edir. Məsələn, hüceyrənin dəri, yoxsa beyin hücrəsi olduğu təyin edilir. Lakin onların davranışının pozulması skleroz kimi xəstəliklərin ortaya çıxması ilə nəticələnir.