Sumqayıtda hamilə qadın arı sancmasından


Digərləri 03 Noy 2018 23:34:00 351 0

Sumqayıtda hamilə qadın arı sancmasından

Sumqayıt şəhərində hamilə qadın şok vəziyyətinə düşüb.

Son.az "Report"a istinadən bildirir ki, Corat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Qarayeva Türkan Vaqif qızını arı sancıb.

Nəticədə 6 aylıq hamilə olan qadın şok vəziyyətinə düşüb. Dərhal xəstəxanaya çatdırılan T.Qarayevanın vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakı sakini arı sancmasından ölüb.