Müctəhid rəhmətə gedəndə ona təqlid edənlər nə etməlidirlər?


Digərləri 03 Noy 2018 22:50:00 245 0

Müctəhid rəhmətə gedəndə ona təqlid edənlər nə etməlidirlər?

Şiə məzhəbinə görə insan şəriət hökmlərində diri müctəhidə təqlid etməlidir. Rəhmətə getmiş müctəhidə təqlid etməyə başlamaq olmaz. Yəni insan yetkinlik yaşına çatanda mütləq diri müctəhidə təqlid etməyə başlamalıdır.

Son.az islam.az-a istinadən bildirir ki, həmçinin, bir müctəhid rəhmətə gedirsə, onun müqəllidləri başqa ölü müctəhidin təqlidinə keçə bilməzlər. Gərək mütləq ya ən elmli diri müctəhidə təqlid etsinlər, ya da həmin rəhmətə getmiş müctəhidə təqlid etməkdə davam etsinlər. Əgər insan bir müctəhidin sağlığında onun hər hansı fətvasına əməl etmişsə, həmin müctəhid dünyasını dəyişəndən sonra da onun təqlidində qala bilər.