Gədəbəydə minik maşını maneəyə çırpılıb


Digərləri 03 Noy 2018 22:56:00 250 0

Gədəbəydə minik maşını maneəyə çırpılıb

Gədəbəy rayonunun Maarif kəndində avtomobil qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1976-cı il təvəllüdlü yerli sakin Abdullayev Arzu İsa oğlu idarə etdiyi avtomobili maneəyə çırpıb.

Sürücü nəticədə müxtəlif bədən xəsarətləri alıb və Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan bir müddət əvvəl Gədəbəydə minik maşını yol kənarındakı dərəyə aşıb.