Yasamalda 3 otaqlı mənzil yanıb


Digərləri 03 Noy 2018 22:11:00 225 0

Yasamalda 3 otaqlı mənzil yanıb

Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın olub.

Son.az Trend-ə istinadən bildirir ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin tavanı 1 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 4 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.