Bürclərin xəstəlikləri və müalicələri –


Digərləri 03 Noy 2018 22:15:00 259 0

Bürclərin xəstəlikləri və müalicələri –

Hər bürcün özünəməxsus səhhət üstünlükləri və problemləri olur. İnsanın doğulduğu vaxt, zodiak, bürc, ay və digər astroloji faktorlar onun səhhətinə də təsir edir. Qədimdə həkimlər həm də astrologiyanı bilirdilər. Onlar bürclərin xəstəlikləri haqqında bilikli idilər. Hər bürcü idarə edən planetin xüsusiyyətinə görə orqanizmə müsbət və mənfi təsirlər olur.

Medicina.az 12 bürcün orqanizmdəki zəif nöqtələri və hansı xəstəliklərə daha çox məruz qaldığını və uğurlu müalicə yollarını araşdırıb təqdim edir.

QOÇ

Son.az medicina.az-a istinadən bildirir ki, bürcün sahibi Mars planeti baş, üz, çənə, beyin, gözlər, burun, qulaqlar, dişlərlə bağlıdır. Bu bürc qanı dövranına çox həssasdır. Qoçlar nə qədər əzələ akltivliyi göstərsələr, o qədər beyni oksigenlə təmin olunar. Nə qədər aktiv olsa, o qədər sağlam qalacaq.  

Əgər Marsın yüksək enerjisinə uyğun davranmasa, baş ağrısı, beyin qan dövranı pozğunluğu, göz xəstəlikləri, müxtəlif travmalarla üzləşirlər. Problemli Mars Qoçlara da bu baxımdan güclü qıcıq, əsəb, həyəcan verir, çox zaman heç nədən enerjisini sovurub alır. Daim qana adrenalin sıçraması əsəb xəstəliklərini artırır.

Qoç xəstəlikləri:  nevralgiya, haymorit, baş ağrısı, insult, əllərdə əsmə, gözlərdə iltihab, zəifləmə, miqren, qızdırma, üz-kəllənin iltihabı Müalicəsi: yalnız və yalnız hərəkət, idman, gəzmək. Qandakı adrenilini xeyir işlərə sürətlə sərf etmək lazımdır. Evdə, ailədə doğmaların üzərinə əsəb saçmaqla yox. Qoçlar daha çox kişi enerjisinə malikdir, azad, sərbəst olmalıdır, kimsə işlərinə qarışanda əsəbləşirlər. Ona görə onlara sərbəstlik vermək lazımdır.

BUĞA

Onların xəstəliklərə qarşı dayanan güclü immuniteti, mübarizə mexanizmi doğulandan qoyulub. Əgər onların həyatında hər şey istədikləri kimi və harmonikdirsə, ciddi xəstəlikləri olmayacaq. Əgər qarmaqarışıqdırsa, depressiya, bundan qaynaqlanan müxtəlif səbəbsiz ağrılar olacaq.

Zəif orqanları: boğaz, qırtlaq. Ona  görə faringit, angina, laringit, boğazda iltihab daim var.

Artıq çəkiyə meyilli olsalar, qalxanvari vəz, diabet də gözlənilir. Həmçinin Buğalar cinsiyyət xəstəliklərinə açıqdır.

Müalicəsi: Xoş, sakit həyat, gəlirli iş, yaxşı ətraf onların dərmanıdır. Boğazla bağlı məşqlər, qarqaralar, oxumaq da məsləhətdir. Depressiya əleyhinə musiqi terapiya, bağda, bağçada torpaqda işləmək xeyirlidir.

ƏKİZLƏR

Onların planeti Merkuriy beynin fikirləşməyə cavabdeh olan hissəsi, beyin qabığı və sinir sistemi ilə bağlıdır. Merkurinin vəzifəsi beynə informasiya impulsları ötürmək, ordan cavab almaqdır. Əkizlər bu baxımdan arada vasitəçidir. Ona görə onların xəstəliyi ətrafdan və öz beyinlərindən gələn informasiyadan qaynaqlanır: sinir, əsəb xəstəlikləri, yuxusuzluq, vegetativ pozğunluqlar, görmə pozğunluğu, ağır nəfəs alma, barmaq və biləyin ağrısı.   Ağır stres vəziyyətlərində Əkizlər elə vəziyyətə düşə bilər ki, hətta nitqi quruyar. Əkizlər qorxudan kəkələməyə tutulan bürcdür. Xəstəlikləri: öskürək, astma, bronxit, sinədə, kürəkdə sancmalar. Bunların da çoxu psixoloji səbəblərdəndir. Əkizləri məhv edən səbəb sakitlik, darıxmaq, hərəkətsizlikdir. Həyat tonusu digərlərini görmək, eşitməklə qalxır, o zaman tez də sağalırlar.

Müalicəsi: açıq havada idman, yoqa, tənəffüs gimnastikası

XƏRÇƏNG

Onların planeti Aydır. Ay mədə-bağırsaq, həzm, qidalanmanı idarə edir. İstənilən informasiya, istənilən qida Xərçənglər tərəfindən tam, yaxşı həzm olunmalı, mənimsənilməlidir. Əgər bu qida orqanizm tərəfindən qəbul olunmursa, Xərçəngdə daxili ağırlaşma hiss olunur, sanki toxumalar, selikli qişaları şişir, qabarır.

Ay orqanizmdə maye, limfa, selikli qişaları da idarə edir. Xərçənglər stresə düşdükdə qastrit, xora, qəbizlik, ürəkbulanma, köpmə kimi problemləri başlayır. Daha çox şəxsi həyatda narahatlığı olan Xərçənglər məmnun olmadıqda, nevrasteniya və buna bağlı mədə-bağırsaq problemləri, həmçinin süd vəzi xəstəlikləri qabarır.

Müalicəsi: düzgün qidalanma, çox rahat ev şəraiti, isti ocaq, az işləmək, su prosedurları, üzgüçülük. Ay tsiklinə bağlı olan Xərçənglərdə Ay azalan, yüksələn dövrlərdə həm psixoloji, həm fizioloji dəyişimlər baş verir.

ŞİR

Ən qabarıq, enerjili, parlaq bürclərdən biridir, çünki Günəş idarə edir. O, 12 bürcün ortasındadır, onun əsas orqanı ürəkdir. Əgər bir Şirin ürəyi zəifdirsə, ağrıyırsa, deməli  həyatda öz yerində deyil, missiyasından uzaqdır, istədiyini edə bilmir. Şöhrət, tərif, sevgi - Şirin sağlamlıq mənbəyidir.

Uşağın, ailənin, şöhrətin olmaması, uğursuzluq Şiri bədbəxt edir, onda aritmiya, stenokardiya erkən yaşda başlaya bilir. Lazımi qədər sevgi almasa Şir özü-özünü söndürür.

Müalicəsi: mümkün qədər çox diqqət, sevgi, daha  çox öz-özünü sevmək. Əgər ürəyində küskünlük, inciklik, kimlərdənsə narazılıq artarsa, o qəddarlaşıb, özü üçün təhlükəli olmağa qadirdir.

Şirin həyatda ailədə, işdə, həyat yolunda özünəməxsus yerdə olmasa, çox xəstəliklərə, daha çox ürək-damar problemlərinə qucaq açacaq. Şir xəstələnərsə çox ağır xəstələnir, gec sağalır. Hər həkim də onu sağalda bilmir. Kurort sanatoriyalarda müalicəsi yaxşı keçir.

QIZ

Bürc özü sağlamlığa cavabdeh olduğundan, Qızlar həkim, müalicə, gözəllik, baxım, üzünə, bədəninə qulluq sevəndir. Bürcün iki idarəçisi var: Merkuriy və Prozerpin. Biri immun sistemə, digəri beynin sol yarımkürəsinə cavabdehdir.

Zəif orqanları: bağırsaqlar. İstənilən narahatlıqları qidalanmadan, həzmdən qaynaqlanır. Bağırsaqların peristaltikası, mikroflorası zəifdir, bu da sinir sistemi, qaraciyərə, ödə zərərdir. Qızlar həssasdır, bir xəstəliyə köklənib onu incələyir, özündə elə hey nəsə axtarır. Çox işləyən olduqlarından yüklənmədən də xəstələnirlər.  İntelektual insan kimi beyni çox işləyir, istirahət etmir, bu da onda güclü yorğunluq və nevroz vəziyyəti yaradır.

Qızların sağlamlığı bilavasitə peşəsi, iş yeri ilə sıx bağlıdır. Əgər iş ürəyincə deyilsə, sevinc, qürur gətirmirsə, Qızlar özünə qapılır, sinir sistemi rahatlanmır, tez-tez xəstələnir.

Müalicəsi: İstirahət, dieta, keyfiyyətli qida, az dərman qəbulu, bağırsaqların işini normallaşdırmaq, zəhərlənmələrə imkan verməmək

TƏRƏZİ

Onun himayədarı Xiron - harmonik münasibətlərə cavabdehdir. Ona görə onlar təkliyi sevmir, daim cəmiyyətdə, meydanda, insanların yanında daha çox olmalıdır. İkinci planeti Venera - şarm, hissiyat, sevgi, ideal partnyorluğu sevir. Əgər Tərəzilərin ailə həyatı, şəxsi münasibətləri uğurlu deyilsə, Tərəzilər ruh düşkünlüyünə düşüb, burdan da sağlamlığını itirir.